Reklam verin!

Elşad Miri

Ya olduğun kimi görün, ya da göründüyün kimi ol...


Blog Haqqında

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Açar sözlər

müsəlman  tolerantlıq  allah  muhəmməd  quran 

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 199
  • Dünənki hit: 1
  • Bugünki hit: 3
  • Ümumi hit: 755

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

"ALLAHSIZ" MÜSƏLMAN

Elşad MİRİ
elshad@islam.com.az
 
«Omer babaAllahlı müsəlman və Allahsız müsəlman» ifadəsini ilk dəfə eşidəndə bir anlığa düşünməyə başladım. Mümkündürmü? Məşhur bir teleserialda bunun cavabını eşidəndən sonra bu fikri qəbul etdim. Bunu daha məntiqli edən başqa amil isə iki ildən artıq bir müddətdir İnternews-da aparıcısı olduğum «Müasir cəmiyyət və İslam» verilişinin sorğusu oldu. Sorğuda iştirak edənlərdən insanın mələk səviyyəsinə ucalıb-ucala bilməyəcəyi soruşulurdu. Amma əhalisinin 95 faizinin müsəlman olduğunu söyləyən xalqın sorğuda iştirak edən əksər nümayəndələri sualın özünü sual altında qoyurdular. Mələyin mövcudluğuna şübhə ilə yanaşırdılar. Mələklərə inanmaq isə İslamda namaz qılmaqdan, oruc tutmaqdan, zəkat verməkdən, həccə getməkdən əvvəl gələn imanın şərtlərindən biridir. Hətta rayonların birində özünü dindar hesab edən, namazlarını mütəmadi olaraq məsciddə yerinə yetirən, əslində isə dini dar olan bir adam axirəti dolayısı ilə inkar edərək, əməllərini puça çıxaracaq bir söz sərf etmişdi. Cənnətin və cəhənnəmin
bu dünyada olduğunu söyləmişdi. Bu prizmadan məsələyə yanaşanda eşitdiyim «Allahlı müsəlman və Allahsız müsəlman» ifadəsinin heç də əbəs olmadığı qənaətinə gəldim.
Bəs «Allahsız müsəlmançılıq» nədir? Bir cümlə ilə «Allahla güclü və təsirli münasibət qurmaq üçün səy göstərməyərək, dinini yalnız quru ayinlərdə görən, əməllərini maddiləşdirərək onların arxasındakı mənəvi dəyərləri görməyən, Allahla irtibatı qoparan, təklikdə belə Allahı düşünməyən, Allahla fərdi münasibət qura bilməyən, İslam adı altında yaşamaq tərzi» kimi xülasə edə bilərik… Hz.Peyğəmbərimiz (s) müsəlmanın əlindən, dilindən heç kimin zərər görmədiyi insan olduğunu bildirib. Lakin başqalarına deyil, özümüzə kənardan nəzər yetirə bilsək, bu hədisdə ifadə edilən müsəlmançılığı görə bilərikmi? Biz İslamı, daha doğrusu müsəlmançılığı Hz.Muhəmmədin (s): «Çətinləşdirməyin, asanlaşdırın. Nifrət etdirməyin, sevdirin» buyurduğu kimi xoşbəxtliyimizin əsas ilhamvericisi olaraq görə bilirikmi, yoxsa «ancaq qorxudan bir dinin gətirdiyi külfətlər» kimi yaşayırıq? Bu suala cavab tapa bilsək, dinin həyatımızdakı rolu da aydın olar. Özünü anadangəlmə müsəlman hesab edən hər bir şəxs müsəlmançılıqla özü arasındakı ziddiyyətləri mühakimə etməyi bacarmalıdır. Bundan sonra özü haqqında qəti fikir bildirməlidir ki, mən nə qədər müsəlmanam? Mən Allahlı, yoxsa «Allahsız» müsəlmanam. Yaddan çıxarmamalıyıq ki, hər zaman hər cür yaradılana Yardandan ötrü tolerant yanaşa bilən müsəlmana ehtiyac var.
Yazımızın burasında bir məsələyə aydınlıq gətirək. Bizim ifadə etdiyimiz «Allahsız» qavramı Allahı tanımamaq deyil. Qənaətimizcə bundan məqsəd, iki sözündən biri Allah, inşallah, maşallah olmasına, dini ritualləarı yerinə yetirməsinə baxmayaraq, onun kimi olmayanlarda özünə qarşı hörmət, sayğı, hətta qibtə oyandırmayan müsəlmançılıq növünün Allahın muradı ilə uyğun gəlməməsidir. «Allahsız müsəlmançılıq» ifadəsi Allahın inkar edilməsi, həmin şəxsin kafir olması məqsədi ilə deyil, özünü müsəlman hesab edən şəxsin Allahla münasibətlərini inkişaf etdirməməsi üçün seçilmişdir. Əsl müsəlmançıdıq bəzi müsəlmanlar kimi müsəlmançılığı ancaq zahiri görkəmdə, həmçinin harada gəldi dişləri misvaqlamaqda, spirtsiz ətir sürməkdə görmək deyil, həm zahirdə, həm əməldə nümayiş etdirmək və yaşamaqdır.
İndi sizi yazımızın ilham mənbəyi olan məşhur «Kurtlar vadisi pusu» serialındakı dialoqla baş-başa buraxıram.

Dəli Hikmət: Ömər baba, bir kitab oxudum, şok oldum. «Allahsız müsəlmançılıq» necə bir şeydir?
Ömər Baba: Övladım kitabın içində bu yazmırmı?
D.H.: Yazır, amma çox çətindir, Ömər baba. İnsanın dalğalarını yandırır.
Ö.B.: Bu cür sənin dalğalarını yandıran nədən bəhs edir?
D.H.: Deyir ki, «Allahla yaşamayan müsəlman «Allahsız müsəlman» deməkdir. Allah ilə münasibət qurdura bilməyən, Allah üçün sevməyi öyrətməyən müsəlmançılıq insanı inkişaf etdirməz, xoşbəxt edə bilməz. Müsəlmançılıq bir zövq olmalıdır. Kənardan baxanı qibtə etdirməlidir. İnsan «müsəlmanam» deyirsə, onu tanıyan müsəlmanlar ona baxanda «bu nə gözəl insandır» deməlidir.
Ö.B.: Düz sözə nə deyilər, övladım?
D.H.: Yaxşı, Ömər baba, bəs bu iş necə olacaq? Allahsız deyil, Allahlı müsəlmançılıq necə olacaq?
Ö.B.: Deyib axı, eşqlə, sevgi ilə olacaq, deyə.
Erən: Biz indi Allaha aşiq olana kimi müsəlman deyilikmi?
Ö.B.: Övladım, «müsəlmanam» deyən hər kəs müsəlmandır. Lakin eşqlə olmayanı çətindir. Əziyyətdir, zövqsüzdür. Heç kimə qibtə etdirməz. Özündən uzaqlaşdırar. Heç kimə «bu nə gözəl insandır» dedirtməz. Eşq gələnə kimi müsəlman tam müsəlman deyil, xam müsəlmandır. Eşq gələnə kimi Allahın sevdiyi və Allahı sevən insan olur. Allahlı müsəlmançılıq budur. Allahlı müsəlmanlar yaxşılıqları özündən bilməz. Yaxşılıq edibsə, unudar, pislik edibsə, unutmaz. Müsəlmançılığını Allahdan gələn ən böyük hədiyyə qəbul edər. Allahsız müsəlman isə din adından etdikləri ilə fəxr edər. Yaxşılıqları özündən hesab edər, pislikləri başqasının üstünə atar. Qəbahəti zamanın və şərtlərin üstünə yıxar. Müsəlman olmayanlara xor baxar.
D.H.: Yaxşı, istədiyim üçün bir anda Allaha necə aşiq olacam? Məsələn, mən Könülə ilk görüşdən aşiq oldum. Mən istədiyim üçün olmadı. Öz-özünə oldu. Həmçinin mən birdən Allaha necə aşiq olum?
Ö.B.: Hikmətim, gözəl övladım! Sən haralardasa gəzməsəydin, Könül qızımıza necə vurulacaqdın? Allaha aşiq olmaq istəyən, eşq oxlarının hədəfə vurulacağı yerlərdə dolaşar. Allahın yer üzünə və göylərə çəkdiyi şah əsərlərə könlünü açar. Günəşin doğuşunu və batışını seyr edər. Buludların süzməsinə tamaşa edər. Çiçəklərin qoxusu ilə danışar. Eşq oxlarına vurulmaq istəyən, zirehini çıxarar.
D.H.: Zireh nədir, Ömər baba?
Ö.B.: Zireh, dünya sevgisidir.
Erən: Bəs dünyanı sevməyək?
Ö.B.: Tərk edəcəyin bir şeyi sevəcəyin qədər...


Bookmark and Share


Məqalələrim
elshadmiri
İyun 1, 2008 22:10
Baxış sayı: 34

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog