Müsəlmanlararası tolerantliğa ehtiyac var
Dünyanın müxtəlif ölkələrində, fərqli dinlərin mənsublarının qarşılıqlı münasibətləri ilə bağlı tolerantlılıq mövzusunda tədbirlər təşkil edilir. Elmi, texnoloji inkişafda nümunə götürməməyimizə baxmayaraq, «qonşudan geri qalmamaq» prinsipi ilə hərəkət edən ölkəmizin dinlə bağlı idarə və qurumları da bu cür tədbirlər həyata keçirirlər. Sonra da bəyanat yayırlar ki, Azərbaycanın müxtəlif dini konvessiyaları arasında dini dözümlülük, daha müasir ifadə ilə desək, tolerantlıq mövcuddur. Guya bu günə kimi bunu inkar edən olub.Ölkəmizdə bu mənada dözümlülüyün olması, təbii prosesdir. Çünki Azərbaycanın əhalisinin 95 faizinin müsəlman olduğu bildirilir. Geridə qalan 5 faiz azlıq isə çoxluğa tabe olmayıb, hansı dözümsüzlüyü nümayiş etdirə bilər ki?
Biz hər dəfə bəyan edəndə ki, Azərbaycan tolerantlıq nümunəsidir, kənardan elə düşünülür ki, sanki bu ölkədə müsəlmanlarının, xristianlarının, yəhudilərinin... sayı bərabərdir və bunlar birlikdə bir-birilərinə can deyib, can eşidirlər.
Bu məsələyə başqa prizmadan yanaşmaq məncə, daha məqsədəuyğun hesab edilə bilər. Hər tərəfdə Azərbaycanın tolerantlıq örnəyi bir ölkə kimi təqdim ediriksə, deməli, ölkəmizdə müxtəlif dinlərin mənsubları arasında artıq dözümlülük var. İndi də 5 faiz və ya daha az insanla 95 faizin arasındakı bu tolerantlığı bir kənara qoyub, həmin çoxluğun bir-birilərinə qarşı münasibətlərindəki tolerantlığın qeydinə qalmaq vacibdir. Çünki bu gün bəzi qeydiyyatdan keçmiş İslam təmayüllü dini icmaların arasında belə dözümsüzlük var. Uca Allahın «Həqiqətən, inananlar (möminlər) qardaşdırlar» («Hucurat» surəsi, 10), - dediyi inananlar, özünü «müsəlman» adlandıran insanlar müxtəlif qruplaşmaların təsiri ilə bir-birilərinə düşmən münasibəti bəsləyirlər. Namaz qılanların qılmayanları kafir adlandırmaları kifayət etmirmiş kimi, indi də bu şəxslər Allahın qardaş elan etdiklərinə eyni prizmadan yanaşırlar.
Müxtəlif məzhəblərə mənsub olduqlarını bildirən müsəlmanlar artıq «Allahın evi» sayılan məscidləri də «özəlləşdiriblər». Hər ibadət ocağı hansısa məzhəbin adı ilə adlandırılır. Müsəlmanlar bir-birilərinin hansı məzhəbdən olmasını getdiyi məscidlə müəyyənləşdirməyə çalışır. Məncə ilkin mərhələdə bu məsələdə tolerantlıq təsis edilməlidir. Çünui müxtəlif ölkələrin təsiri ilə dini dünyagörüşlərini formalaşdırmış bu günün müsəlmanlarının bir-birilərinə qarşı normal olmayan münasibətləri sabahkı dözümsüzlüyün bünövrəsidir.
Bu gün müsəlmanlar artıq bir-birini şiə, sünni, nurçu, vəhhabi, nəqşibəndi, xəvaric, ixvan və s. kimi adlarla adlandırır. Bir məsciddə eyni namaz müxtəlif formalarda və məscidin müxtəlif yerlərində qılınır. Müsəlmanları namaza, qurtuluşa səsləyən azan fərqli formalarda minarələrdən eşidilir. Orucun obaşdana qalxılması və iftar açılması da fərqli vaxtlarda yerinə yetirilir. Eyni bayram fərqli günlərdə qeyd edilir. Hətta müsəlmanların parçalanmasının acı həqiqəti olan eyni məzhəbin nümayəndələri də fərqli-fərqli ölkələrin müctəhidlərini, alimlərini təqlid edirlər.
Bütün bunlara nəzərə alaraq, müxtəlif dinlərin nümayəndələri arasında tolerantlığın olmasını qeyd edənlərin üzərinə indi də, başqa müsəlman ölkələrə nümunə olacaq tərzdə müsəlmanların öz aralarındakı dözümsüzlüyü aradan qaldırmaq, tolerantlığı bərqərar etmək vəzifəsi və öhdəliyi düşür. Bu cavabdehliyi isə eyni Allaha inanan, eyni müqəddəs kitabı oxuyan, eyni peyğəmbərə iman gətirən, eyni qibləyə üz tutan müsəlmanların arasında qardaşlıq əsaslarını bərpa etməklə yerinə yetirmək olar. Yoxsa, səhərimizi həmin beş faizlik azlıqlardan deyil, bu 95 faizin bölünməsi, parçalanması problemi ilə aça bilərik. Sonrakı qaranlığın qarşısının alınması isə çox gec ola bilər. İnanmaq istəyirəm ki, bu problemi ölkənin dini işləri ilə məşğul olan qurum və idarələrin rəhbərləri məqsədli, planlı və nəticəli şəkildə həll edəcəklər.

Elşad MİRİ
elshad@islam.com.az
elshad@islam.com.az
Məqalələrim
elshadmiri
May 22, 2008 20:40
Baxış sayı: 47
müsəlman tolerantlıq
Şərhlər(0)